AZERFAX TV
İsrail bu tarixdə İranın hərbi sənayesinə ağır zərbə endirəcək

İsrail Hərbi Hava Qüvvələri sabah İranın hərbi istehsal sənayesinin bütün əsas aktivlərini hədəf almağı başa çatdıracaq.
AZERFAX.AZ “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Bildirilib ki, sabah İranın hərbi istehsal sənayesinin təxminən 70 faizi hədəfə alınacaq.
“İranın müdafiə sənayesi genişdir. Çoxsaylı hərbi qurumlar və özəl şirkətlər ballistik raketlər, hava hücumundan müdafiə, dəniz silahları, kiber imkanlar və hətta casus peykləri də daxil olmaqla silah sistemləri və ya komponentləri istehsal edir. IDF İranın ballistik raket, hava hücumundan müdafiə sistemlərinə və zabitlərinə, eləcə də digər hədəflərə zərbələr endirməyə davam edəcək”, – məlumatda qeyd olunub.
Roza



