AZERFAX TV
“İsrail və İran sadiq tərəfdaşlar olacaqlar”


“İsrail hakimiyyəti hakimiyyət dəyişikliyi baş verərsə, İranla tərəfdaşlığa ümid edir”.
Publika.az TASS-a istinadla xəbər verir ki, Baş naziri Binyamin Netanyahu İsrailin planlarını açıqlayıb.
Siyasətçi qeyd edib ki, İsrail fars xalqını “zülm yükündən” azad etməyə ümid edir.
Biz İranın qəhrəman və cəsur vətəndaşlarına dəstəyimizi ifadə edirik və rejimin süqutundan sonra hər iki xalqın rifahı naminə birlikdə yaxşı işlər görəcəyik. Hamımız ümid edirik ki, fars xalqı tezliklə tiraniya boyunduruğundan azad olacaq, Və həmin gün gəldikdə, İsrail və İran yenidən firavan və dinc gələcək qurulmasında sadiq tərəfdaşlar olacaqlar”, – Netanyahu bildirib.
Hüseyn İbadlı



