AZERFAX TV

İsrailin ən böyük elektrik stansiyası VURULDU

İran İslam Respublikası Silahlı Qüvvələri İsrailin ən strateji obyektlərindən birinə – “Orot Rabin” (“Rabinin işıqları”) İstilik Elektrik Stansiyasına (İES) raket zərbəsi endirib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Hadisə Aralıq dənizi sahilində, Xadera şəhəri yaxınlığında baş verib. Məlumata görə, raketin düşdüyü ərazidə güclü partlayış baş verib və səmada nəhəng “göbələk” formalı tüstü dumanı yaranıb. İlkin ehtimallara görə, infrastrukturun birbaşa hədəf alınmasına baxmayaraq, mərmi stansiyanın tam mərkəzinə deyil, yaxınlığına düşüb.

Qeyd edək ki, “Orot Rabin” stansiyası İsrailin ümumi elektrik enerjisinin təxminən 25 faizini təmin edir. Raket zərbəsi ölkənin enerji təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb.

Hazırda stansiyaya dəyən zərər qiymətləndirilir.

Adəm

Related Articles

Bir cavab yazın

Back to top button