AZERFAX TV

İtaliya nəhəngində gərginlik: Nə baş verir?

“Roma”da daxili vəziyyət gərginləşib.

Publika.az xəbər verir ki, komandanın baş məşqçisi Can Piero Qasperini ilə idman direktoru Frederik Massara arasında fikir ayrılığı yaranıb. Münaqişə artıq İtaliya çempionatının son oyunundan sonra açıq şəkildə hiss olunmağa başlayıb. “Roma”nın “Leççe” üzərində 2:0 hesablı qələbəsinə baxmayaraq, Qasperini nümayişkaranə şəkildə mətbuatla ünsiyyətdən imtina edib.

Jurnalist Canluka Di Marzionun məlumatına görə, bu qərar birbaşa baş məşqçi ilə klubun idman direktoru arasındakı gərgin münasibətlərlə əlaqəlidir. Yaxın günlərdə tərəflər arasında görüşün keçirilməsi planlaşdırılır və məqsəd yaranmış problemi yumşaltmaqdır.

“Roma” A Seriyasında 19 turdan sonra 36 xal toplayaraq turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Çempionatın lideri isə aktivində 39 xal olan “İnter”dir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button