AZERFAX TV

“Kəpəz”in futbolçusu qız üstündə bıçaqlanıb?

“Kəpəz”in futbolçusu Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatları açıqlanıb.

AZERFAX.AZ “Matc.az”a istinadən xəbər verir ki, futbolçu yaxın dostu və iki xanım tanışı ilə birlikdə gecəni “Karizma lounge” restoranında keçirib. Daha sonra tərəflər səhər saatlarında xanımları evlərinə yola salarkən, Müseyib Bağırov küçəsində insident baş verib.

Belə ki, qadınlardan birinin keçmiş sevgilisi onlara yaxınlaşaraq vəziyyətlə maraqlanıb. Tərəflər arasında yaranan mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib. Hadisəni sakitləşdirməyə çalışan Veysəl Rzayev bu zaman bıçaq xəsarəti alıb.

Qeyd edək ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Futbolçu Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.

Heybət

Related Articles

Bir cavab yazın

Back to top button