AZERFAX TV

Keçmiş hakimin evində axtarış: Silah anbarı, bahalı avtomobillər və nasist əsərləri

Soçi Mərkəzi Rayon Məhkəməsinin keçmiş hakimi Valeri Slukanın evində aparılan axtarış zamanı silah arsenalı, bahalı avtomobillər və üzərində nasist simvolları əks olunmuş əşyalar aşkar edilib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə REN TV-yə istintaqla tanış olan mənbə bildirib.

Məlumata görə, keçmiş hakim “Robson” ləqəbi ilə tanınan kriminal avtoritet Ruben Tatulyanla əməkdaşlıqda şübhəli bilinir. Müstəntiqlər hesab edirlər ki, Sluka məhkəmə qərarlarını kriminal fiqurların maraqlarına uyğun şəkildə verib.

Görüntülərdə süngülər, “SS” nişanlı xəncərlər, “AK-47” karabini, alman “Schmeisser MP40” hücum tüfənginə bənzər silah və kamuflyaj rəngi ilə boyanmış ovçuluq arbaletləri göstərilir. Keçmiş hakimin evində onun rəsmi fəaliyyətilə əlaqəsi olmayan əşyalar da tapılıb.

Onun qarajında ​​”BMW”, “Mercedes-Benz” və “Toyota Land Cruiser” avtomobilləri də olub. Əmlakın mənşəyi araşdırılır.

Qeyd edək ki, Slukaya qarşı cinayət işi 28 yanvarda açılıb və o saxlanılıb. Bundan əvvəl onun səlahiyyətlərinə Krasnodar Diyarı Hakimlərinin İxtisas Kollegiyası tərəfindən vaxtından əvvəl xitam verilib. Müstəntiqlərin sözlərinə görə, keçmiş hakim bilərəkdən qanunsuz məhkəmə qərarlarının çıxarılması ilə bağlı ən azı yeddi cinayət işində iştirak edib.

Adəm

Related Articles

Bir cavab yazın

Back to top button