AZERFAX TV

Keçmiş xanımını məhkəməyə verdi – 3 milyon yoxa çıxıb

“Barselona”nın keçmiş müdafiəçisi Dani Alveş keçmiş həyat yoldaşı Dinora Santananı məhkəməyə verib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə ULO məlumat yayıb.

Mənbənin məlumatına görə, braziliyalı keçmiş həyat yoldaşını onun hesablarından 3 milyon avrodan çox pul mənimsəməkdə ittiham edib. O, 2013-2023-cü illərdə keçmiş futbolçunun aktivlərini idarə edib.

Məlumata görə, məhkəmə Dani Alveşin keçmiş həyat yoldaşına 10 illik maliyyə hesabatını təqdim etməyi tapşırıb. Dinoranın müdafiəsi iddiaları rədd edir və bildirir ki, keçmiş futbolçu iki övladı üçün aliment tələb edən məhkəmə iddiasına görə qisas alır.

Santana 130 səhifədən çox yazışma və qəbz təqdim edib, onlardan bir neçəsində Alveşin pul köçürmələri ilə bağlı öz xahişləri var. Hesabata görə, məqsədini açıqlamaq mümkün olmayan cəmi 127 min avroya yaxın pul qalıb. Lakin məhkəmə sənədləri yetərli hesab etməyib və Dinoradan daha ətraflı hesabat tələb edib.

Related Articles

Bir cavab yazın

Back to top button