AZERFAX TV
Kiyevə ballistik raketlər atıldı

Hava həyəcanı fonunda Kiyevdə partlayışlar baş verib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Strana.ua nəşri məlumat yayıb.
Monitorinq kanallarının məlumatına əsasən, Ukrayna paytaxtına ballistik raketlərlə hücum edilib.
Bundan əvvəl şəhər meri Vitali Kliçko Kiyev sakinləri “çox çətin” günlərin gözlədiyi barədə xəbərdarlıq etmişdi. Şəhərdə, xüsusən də gecə saatlarında kəskin şaxtalar gözlənilir. Ukraynanın enerji sistemindəki son dərəcə mürəkkəb vəziyyət səbəbindən ölkənin əksər regionlarında qəza kəsintiləri davam edir. Şəhər rəhbəri əmin edib ki, bələdiyyə xidmətləri Kiyevin həyat təminatı üçün mümkün olan hər şeyi edir.
Hüseyn İbadlı



