AZERFAX TV

Kral III Çarlz taxt-tacı oğluna təhvil verəcək

Kral III Çarlz yaxın aylarda taxt-tacı oğluna təhvil verə bilər.

AZERFAX.AZ xəbər verir ki, Böyük Britaniyada bunun mümkün vaxtı müzakirə edilir.

“The Royal Observer” nəşri bildirir ki, Kral III Çarlz titulundan imtina edib onu böyük oğlu Şahzadə Uilyama ötürə bilər. Nəşrin məlumatına görə, bu, növbəti 12 ay ərzində baş verə bilər.

Buna səbəb kimi isə kralın sağlamlıq problemləri əsas gətirilir.

Qeyd edilib ki, Şahzadə Uilyam artıq “bir çox cəhətdən qeyri-rəsmi olaraq kraldır və hakimiyyəti ələ keçirir”.

Ləman

Related Articles

Bir cavab yazın

Back to top button