AZERFAX TV
Kreml “dünyanın sonu”nu elan etdi?

Britaniyanın “Daily Express” qəzeti Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun ABŞ və İsrailin İrana endirdiyi kütləvi zərbələrdən sonra dünya sistemində artan qeyri-sabitlik barədə dediyi sözlərə kəskin reaksiya verib.
AZERFAX.AZ xəbər verir ki, nəşr bu bəyanatı qlobal fəlakətin qaranlıq bir proqnozu kimi şərh edib.
Qəzet yeni eskalasiya qorxularını gündəmə gətirərək yazır: “Kreml dünyanın sonunun çatdığını bəyan etdi. İrana endirilən zərbələr fonunda qaranlıq xəbərdarlıq səsləndi”.
Nəşr iddia edir ki, rəsmi Moskva Donald Tramp administrasiyası və müttəfiqlərinin regionda “böyük yanğın”a səbəb olan hərəkətlərinin nəticələrini son dərəcə bədbin qiymətləndirir.
Adəm



