AZERFAX TV
Kuryerin gətirdiyi bağlama elit yaşayış kompleksində PARTLADI


Kuryer tərəfindən çatdırılan bağlama İstanbulun qərbindəki Zeytinburnu rayonundakı elit yaşayış kompleksində partlayıb.
Publika.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Məlumata görə, kuryer qutunu qeydiyyat bölməsində masanın üstünə qoyub və bağlama daha sonra partlayıb. Qutunu açan, baş hərfləri D.X. olan şəxs göz və əl nahiyəsindən xəsarətlər alıb. Hadisə nəticəsində daha iki mühafizəçi də yaralanıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır. Partlayıcı qurğunun növü və hadisənin səbəbi barədə hələlik məlumat verilməyib.
Hüseyn İbadlı


