AZERFAX TV
Laporta tullandı, təhqiramiz jest göstərdi

“Barselona”nın prezidentliyə namizədi Joan Laporta azarkeşlərin “Real Madrid”dən bəhs edən şüarını dəstəkləyib.
AZERFAX.AZ xəbər verir ki, La Liqanın 26-cı turunda katalonların “Vilyarreal” üzərində evdə 4-1 hesablı qələbə qazandıqları oyunda Laporta tribunada olub.
Onun azarkeşlərin “Kim tullanmazsa, Madridistdir” şüarına qoşulduğu anı kameralar lentə alıb.
Klubun keçmiş rəhbəri bir çox ölkələrdə təhqiramiz hesab edilən dirsək jest də edib.
Laporta yenidən “Barselona”nın prezidenti ola bilər; seçkilər martın 15-də keçiriləcək.



