AZERFAX TV

“Liverpul”un dərdi bitmir: Salah da sıradan çıxdı

“Liverpul”un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının 1/8 final mərhələsinin “Qalatasaray”la ikinci oyununda (4:0) əzələ zədəsi alıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Salah Türkiyə komandasına qarşı oyunda bir qol vurub və iki məhsuldar ötürmə edib. O, 74-cü dəqiqədə əvəzlənib.

33 yaşlı hücumçu martın 21-də “Brayton”a qarşı keçiriləcək Premyer Liqanın 31-ci tur matçını buraxacaq.

“Liverpul”un baş məşqçisi Arne Sloot bildirib ki, beynəlxalq oyunlardakı fasilə səbəbindən iki həftə vaxt olacaq, ümid edirik ki, Salah o vaxta qədər yenidən meydana qayıdacaq.

Related Articles

Bir cavab yazın

Back to top button