AZERFAX TV

Luçesku süni komaya salındı

Məşhur rumın mütəxəssis Mirça Luçeskunun səhhəti ilə bağlı son durum bəlli olub.

AZERFAX.AZ AS nəşrinə istinadən xəbər verir ki, 80 yaşlı mütəxəssis reanimasiya şöbəsinə köçürülüb, onun müalicəyə reaksiya vermədiyi bildirilir.

Rumıniya Futbol Federasiyasının direktoru Mihay Stoykitsa Mirça Luçeskunun komaya salındığını açıqlayıb.

Həkimlər Mihayı Luçeskunu otağında bir neçə dəqiqəlik ziyarət etməyə icazə veriblər. Direktor xəstəxanadan məyus halda çıxıb.

“Sizə heç bir xəbər verə bilmərəm: beş dəqiqə onun yanında oldum. Heç nəyə reaksiya vermir. Ümid edək, Allah qoysa, yaxşı olacaq. Danışa bilmir; süni komadadır. Ona baxdım və bu qədər. Daha heç nə deyə bilmərəm, çünki yəqin ki, pis bir şey deyəcəyəm”, – Mihay deyib.

Bir neçə gün əvvəl rumıniyalı məşqçi infarkt keçirib və Buxarest xəstəxanasına aparılıb.

Həkimlər çərşənbə axşamı ürək əməliyyatı keçirən xəstədə şənbə günü yenidən ciddi ürək aritmiyaları yarandığını və vəziyyətinin gecə ərzində pisləşdiyini, bunun da onun reanimasiya şöbəsinə köçürülməsinə səbəb olduğunu bildiriblər.

Luçesku Rumıniya milli komandasının məşqi zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilib. Onun rəhbərliyi altında milli komanda 2026-cı il Dünya Kubokunun pley-off mərhələsində Türkiyəyə 0:1 hesabı ilə uduzaraq turnirə vəsiqə qazana bilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button