Məni 2 yaşımda atıb gedib, ailəm dağılanda axtarmayıb


Müğənni Aysun İsmayılova “Rəngarəng” verilişində qonaq olarkən şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib.
Publika.az xəbər verir ki, ifaçı ondan imtina edən atası haqqında danışaraq bildirib ki, onu görmək və tanımaq istəyi var:
“Atamı çox görmək istəyərəm. Deyirlər ki, ona çox oxşayıram, bəzi xarakter cəhətlərim var ki, ana tərəfimdə yoxdur. Ona görə də maraqlıdır, onu tanımaq istərdim”.
Aysun İsmayılova vurğulayıb ki, valideynlər arasındakı problemlərə görə uşağın cəzalandırılması doğru deyil:
“Qızını görməmək üçün heç bir məcburiyyət ola bilməz. Ata ilə ana arasında baş verənlərə görə uşağın heç bir günahı yoxdur”.
Müğənni atasının onu 2 yaşında tərk etdiyini və sonrakı illərdə bir dəfə belə axtarmadığını deyib:
“Ailəmiz dağılanda da maraqlanmadı. Bunları keçmək olmur”.
O, atasını bağışlayıb-bağışlamaması ilə bağlı isə belə danışıb:
“‘Bağışlamaram’ da demirəm. Vicdanım, insanlığım var. O nə qədər səhv etsə də, övlad kimi haqqımı halal edirəm. Axı onun sayəsində dünyaya gəlmişəm”.
İfaçı əlavə edib ki, atasının ağır vəziyyətdə olması belə onun fikrini dəyişməz:
“Desələr xəstəxanadadır, son nəfəsindədir, yanına getmərəm. Maddi cəhətdən nə lazımdırsa, edərəm. Amma onunla heç bir gözəl xatirəm olmayıb. Son anını görüb içimdə dağ yaranmaqdansa, heç görməmək daha yaxşıdır”.
Aysun İsmayılovanın bu açıqlamaları izləyicilər arasında emosional reaksiyalara və geniş müzakirələrə səbəb olub.(Milli.Az)



