AZERFAX TV

Mərakeş KAF və FİFA-nı məhkəməyə verir

Mərakeş Kral Futbol Federasiyası (FRMF) milli komandanın Afrika Millətlər Kubokunun finalında Seneqala uduzmasından (0:1) sonra rəsmi açıqlama yayıb.

AZERFAX.AZ xəbər verir ki, Mərakeşin yaydığı bəyanatda deyilir:

“Mərakeş Kral Futbol Federasiyası Seneqal millisinin final oyununda iştirakdan imtina etməsi ilə əlaqədar Afrika Futbol Konfederasiyası (KAF) və FİFA-nı məhkəməyə vermək niyyətindədir. Hakimin penalti təyin etmə qərarından sonra baş verən hadisələr matçın gedişinə və futbolçuların çıxışına xeyli təsir etdi. Ekspertlər penalti qərarının ədalətli olduğunu deyirlər.

Digər tərəfdən, Mərakeş Kral Futbol Federasiyası bütün matçlarda nümunəvi dəstək nümayiş etdirərək, milli komandaya sadiq qalan bütün Mərakeş azarkeşlərinə səmimi təşəkkürünü bildirir. Federasiya, həmçinin qitə turnirinin keçirilməsində əməyi olan hər kəsə təşəkkür edir”.

Seneqalın qapısına penalti təyin edildikdən sonra futbolçular hakimin qərarına etiraz olaraq meydanı tərk ediblər. Penalti 90+24-cü dəqiqədə yerinə yetirilib. Mərakeşli Brahim Diasın zərbəsini qapıçı Eduard Mendi dəf edib.

Related Articles

Bir cavab yazın

Back to top button