AZERFAX TV
Məşhur türk aktrisa çimərlik geyimində poza verdi

“Sen Çal Kapımı” serialının ulduzu, türk aktrisası Hande Erçel çimərlik geyimində kamera qarşısına keçib.
AZERFAX.AZ xəbər verir ki, o, lentə alınan fotoları “Instagram”da paylaşıb.
Hande Erçel beli lentli çimərlik geyimində və ilan naxışlı plaşda poza verib. Aktrisaya yüngül dalğalı saç düzümü və axşam makiyajı edilib.
“Həddindən artıqdır”, “Dəhşətdir”, “Niyə bu qədər açıq-saçıqdır?” — deyə sosial şəbəkə istifadəçiləri şərhlərdə yazıblar.
Hüseyn İbadlı



