AZERFAX TV

Maduro və həyat yoldaşı necə yaralanıb?

ABŞ hökuməti Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresin yaralanması ilə bağlı ilk dəfə rəsmi açıqlama verib.

Publika.az xəbər verir ki, Tramp administrasiyasının Konqres üzvləri üçün keçirdiyi qapalı brifinqdə bu məsələyə aydınlıq gətirilib.

Bildirilib ki, Maduro və həyat yoldaşı onları ələ keçirməyə çalışan ABŞ qüvvələrindən qaçmağa çalışarkən başlarına dəyən zərbələr nəticəsində yaralanıb. Xəsarətlərin toqquşma və ya birbaşa müdaxilə nəticəsində baş vermədiyi iddia edilib.

Tramp administrasiyasının rəsmiləri hadisə ilə bağlı əlavə təfərrüatı ictimaiyyətlə bölüşməsələr də, iddialar hələlik Venesuela hakimiyyəti tərəfindən təsdiqlənməyib.

Akqabay

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button