AZERFAX TV
Makqreqorun qayıdışı: Prezident deyir ki…

UFC prezidenti Deyn Uayt Konor Makqreqorun səkkizbucaqlıya qayıtması ilə bağlı açıqlama verib.
AZERFAX.AZ xəbər verir ki, mətbuat konfransı Sietldə keçirilən UFC Fight Night 271-dən sonra baş tutub. İyul ayında Makqreqorla potensial döyüş barədə soruşulduqda, Uayt ehtiyatlı bir şərh verib: “Bu mümkündür. Amma hələ heç nə qərarlaşdırılmayıb. Razılığa belə yaxın deyiləm. Mən nikbinəm”.
Uayt həmçinin qeyd edib ki, İslam Maxaçev növbəti döyüşünü avqust ayında keçirəcək.
Xatırladaq ki, bu axşamın əsas qarşılaşmasında İsrael Adesanya Co Payferə texniki nokautla məğlub olub.



