AZERFAX TV

“Mariner” tankerinin ələ keçirilməsinə Rusiyadan REAKSİYA

Rusiya Nəqliyyat Nazirliyi Rusiya bayrağı altında üzən “Marinera” tankerini ələ keçirən ABŞ Sahil Mühafizəsinin hərəkətləri ilə bağlı açıqlama yayıb.

Publika.az xəbər verir ki, məlumatda qeyd olunub:

“1982-ci il BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasının müddəalarına uyğun olaraq, açıq dənizlərin sularında naviqasiya azadlığı tətbiq olunur. Bir dövlətin digər dövlətlərin yurisdiksiyalarında qeydiyyatdan keçmiş gəmilərinə qarşı güc tətbiq etmək hüququ yoxdur”.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında isə deyilir ki, Rusiya ABŞ-dan ələ keçirilən “Mariner” tankerindəki Rusiya vətəndaşlarına qarşı insani və ləyaqətli rəftarın təmin edilməsini tələb edir:

“Ekipaj arasında Rusiya vətəndaşlarının olması ilə bağlı daxil olan məlumatları nəzərə alaraq, Amerika tərəfindən onlara qarşı insani və ləyaqətli rəftarın təmin edilməsini, onların hüquqlarına ciddi şəkildə hörmət edilməsini tələb edirik”.

Nazirlik vurğulayıb ki, ABŞ rusların vətənlərinə qayıtmasına mane olmamalıdır.

Şimali Atlantikada Rusiya bayrağı altında hərəkət edən “Marinera” tankeri ABŞ sanksiyalarını pozduğuna görə saxlanılıb. Böyük Britaniya ABŞ hökumətinin xahişi ilə Rusiyaya məxsus Marinera tankerinin ələ keçirilməsinə yardım edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button