AZERFAX TV
Mask 500 milyard dollar vergi ödəyəcək

Amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask ölüm anına qədər ümumilikdə ödəyəcəyi verginin miqdarını hesabladığını açıqlayıb.
AZERFAX.AZ xəbər verir ki, milyarder bu barədə sosial media platforması “X”də yazıb.
O, ömrü boyu ümumilikdə 500 milyard dollar vergi ödəyəcəyini təxmin edib.
Xatırladaq ki, ötən ilin dekabr ayında iş adamı sərvəti ilə bağlı yeni bir rekord qırıb. O, tarixdə xalis sərvəti 600 milyard dolları keçən ilk şəxs olub.
Ləman



