AZERFAX TV

Maskeranodan Messi ilə bağlı vacib açıqlama

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano Lionel Messinin “İnter Mayami”dəki gələcəyi ilə bağlı sualı cavablandırıb.

AZERFAX.AZ xəbər verir ki, Maskerano “Nyu-York Siti” ilə oyundan sonra verdiyi müsahibədə bildirib:

“Biz Leoya mümkün qədər qayğı göstərməyə çalışırıq. O, meydanda özünü rahat hiss edir. İndi o, milli komandaya gedir və qayıdanda işlərin necə gedəcəyini görəcəyik. O, məqsədlərimizə çatmaq üçün vacib oyunçudur – onsuz bu mümkün olmazdı”.

Oyun “İnter Mayami”nin 3-2 hesablı qələbəsi ilə başa çatıb . Messi cərimə zərbəsini dəqiq yerinə yetirib. Bununla da Pelenin futbol tarixində cərimə zərbəsindən vurulan qolların sayına görə rekordunu keçib.

Related Articles

Bir cavab yazın

Back to top button