AZERFAX TV
Mbappe ilə Vinisusun Arbeloasız qonaqlığı

“Real Madrid”in hücumçuları Kilian Mbappe və Vinisius Juniorun Madriddə komandaya qonaqlıq verdiyi barədə məlumat vermişdik.
AZERFAX.AZ xəbər verir ki, şam yeməyinin onlara 1000 avroya başa gəldiyi bildirilir. Bu barədə “Marca” məlumat yayıb.
Mənbənin məlumatına görə, şam yeməyi komandada ab-havanı yaxşılaşdırmaq üçün təşkil olunub. Lakin baş məşqçi Alvaro Arbeloa və onun köməkçiləri orada olmayıblar.
İspaniya çempionatının 23 turundan sonra “Real Madrid” 57 xalla ikinci yerdədir.



