AZERFAX TV
NASA təyyarəsi təcili eniş etdi

NASA təyyarəsi Teksasda texniki nasazlıq səbəbindən təcili eniş edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, “NASA WB-57” təyyarəsi şassinin nasazlığı səbəbindən Hyuston şəhərindəki Ellinqton Field aeroportunun uçuş-enmə zolağına eniş edib.
Təyyarə enərkən altından səpələnən qığılcımlar görünüb. Pilot təyyarənin salonundan çıxarılıb və xəstəxanaya yerləşdirilib.
Təyyarənin nasazlıq səbəbləri araşdırılır.
Hüseyn İbadlı



