AZERFAX TV
Netanyahu sağ imiş – İsrail ölüm xəbərini feyk adlandırdı

İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi onun sui-qəsd nəticəsində öldürülməsi barədə sosial şəbəkələrdə yayılan iddiaları rəsmən təkzib edib.
AZERFAX.AZ xəbər verir ki, Baş nazirin ofisi tərəfindən yayılan bəyanatda bu cür məlumatların həqiqəti əks etdirmədiyi vurğulanıb.
“Bunlar saxta (feyk) xəbərlərdir. Baş nazirin vəziyyəti yaxşıdır”, – rəsmi açıqlamada qeyd olunub.
Qeyd edək ki, sözügedən iddialar İranın Netanyahunu “təqib edib öldürəcəyinə” dair verdiyi rəsmi vədlərdən və bölgədəki hərbi gərginliyin artmasından sonra geniş vüsət almışdı.



