AZERFAX TV

Növbəti görüş Ermənistanda baş tutacaq?

Sərhədin delimitasiyası üzrə komissiyaların növbəti görüşü yaxın vaxtlarda Ermənistanda keçiriləcək.

AZERFAX.AZ xəbər verir ki, bu barədə azərbaycanlı ekspertlərlə keçirilən dəyirmi masada iştirak edən “Armenian Council” analitik mərkəzinin nümayəndəsi Narek Minasyan müzakirələrin yekunu ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Fevralın 13-14-də Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masa təşkil olunub. Görüşdə Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

“Əvvəlki görüşün Azərbaycanda keçirildiyini nəzərə alsaq, növbəti iclasın böyük ehtimalla Ermənistanda baş tutacağı gözlənilir”, – deyə o bildirib.

Xatırladaq ki, 28 noyabr 2025-ci il tarixində Qəbələdə Azərbaycan və Ermənistanın baş nazir müavinləri – Şahin Mustafayev və Mqer Qriqoryanın həmsədrliyi ilə sərhədin delimitasiyası üzrə komissiyaların 12-ci iclası keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button