Orta əsrə aid qala qülləsi uçdu

İspaniyanın Toledo əyalətində orta əsrlərə aid Eskalona qalasının qülləsi uçub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “El País” nəşri məlumat yayıb.
Polisdən bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmasa da, “xalqın tarixinin bir hissəsi yox olub”. Rəsmilər orada baş verənlərin səbəbini müəyyənləşdirəcəklərinə söz veriblər.
“EFE” agentliyinin məlumatına görə, qalanın girişində yerləşən və gün ərzində yüzlərlə insanın ziyarət etmək niyyətində olduğu qüllə uçub. Uçqun səhər saatlarında baş verdiyi üçün həmin insanlar xəsarət almayıblar. Lakin daş parçaları qalanın yanında park edilmiş avtomobillərə zərər vurub.
Yerli hakimiyyət orqanları yaxın vaxtlarda ərazinin turistlər üçün bağlanacağını bəyan ediblər. Dağıntıların miqyasını qiymətləndirmək və digər tikililərə baxış keçirmək lazım gələcək.
Hüseyn İbadlı



