AZERFAX TV
“Oskar” mükafatları yeni məkanda təqdim ediləcək

“Oskar” mükafatlandırma mərasimi 2029-cu ildən başlayaraq yeni bir məkanda keçiriləcək.
AZERFAX.AZ xəbər veirr ki, mərasim Hollivuddakı Dolby Teatrından Los-Ancelesin mərkəzindəki LA Live kompleksindəki Peacock Teatrına köçürüləcək .
Nəşrin məlumatına görə, Kino Sənətləri və Elmləri Akademiyasının hazırkı məkanla müqaviləsi 2028-ci ildə başa çatır və bu da təşkilatı AEG ilə tərəfdaşlığa sövq edir.
Yeni müqaviləyə əsasən, mükafatlandırma mərasimi şirkətin Peacock Teatrına köçürülməlidir.
Hüseyn İbadlı



