AZERFAX TV
Oyun zamanı oruc açan futbolçuların fitə basılmasına Qvardioladan reaksiya

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 28-ci tur matçında “Lids” azarkeşlərinin oruc açan futbolçuların fitə basılmasına münasibət bildirib.
İlk hissədə hakim Peter Banks Ramazan ayında oruc tutan oyunçulara qəlyanaltı etməyə icazə vermək üçün oyunu dayandırıb.
AZERFAX.AZ xəbər verir ki, Qvardiola oyundan sonra jurnalistlərə deyib:
“Müasir dünya belədir, elə deyilmi? Baxın, bu gün dünyada nələr baş verir.
Dinlərə hörmət edin, müxtəlifliyə hörmət edin – məsələ budur! Qayda budur. Rayan Çerki və Rayan Ayt-Nuri bütün günü heç nə yemədikləri üçün ilk hissədə bir az vitamin qəbul etdilər”, – Qvardiola deyib.



