AZERFAX TV
Partlayış oldu, BMT-nin 2 sülhməramlısı öldü

Livanın cənubunda baş verən partlayış nəticəsində BMT-nin sülhməramlı missiyasının iki əməkdaşı həlak olub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə sülhməramlı missiyanın bu gün yaydığı bəyanatda qeyd olunub.
Hadisə Bəni Həyyan yaşayış məntəqəsi yaxınlığında baş verib. Partlayış nəticəsində sülhməramlı missiyaya məxsus nəqliyyat vasitəsi məhv olub. Partlayışın başvermə səbəbi açıqlanmır.
Həlak olan sülhməramlılar İndoneziya vətəndaşlarıdır.



