Paşinyana hücum edənlər saxlanıldı – Video/Yeniləndi

Ermənistanın Baş naziri Nikol Paşinyana zərbə endirmək cəhdi ilə bağlı daha bir nəfər saxlanılıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.
“Bugünkü hadisədən sonra Daxili İşlər Nazirliyinin polis əməkdaşları xuliqanlıq, vəzifəli şəxsin qanuni rəsmi və siyasi fəaliyyətinə müdaxilə şübhəsi ilə üç nəfəri saxlayıblar”, – o bildirib.
Bütün saxlanılanlar İstintaq Komitəsinə təhvil verilib.
***
İrəvandakı Müqəddəs Anna kilsəsində Ermənistanın baş naziri Nikol Paşinyanla baş vermiş insidentdən sonra iki vətəndaş saxlanılıb.
AZERFAX.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan bildirib.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, vətəndaşlar xuliqanlıq və vəzifəli şəxsin qanuni fəaliyyətinə müdaxilə etməkdə şübhəli bilinərək saxlanılıblar.
Qeyd edək ki, bazar günü keçirilən liturgiyadan sonra N.Paşinyan kilsənin çıxışına doğru gedərkən bir kişi ona zərbə endirməyə cəhd edib. Vəkil saxlanılan ikinci şəxsin hansı hərəkətləri etdiyi barədə məlumat verməyib.



