AZERFAX TV

Pezeşkian yenə də qonşulara müraciət etdi: Biz qardaşıq

İran prezidenti Məsud Pezeşkian bu gün qonşu ölkələrlə bağlı daha bir açıqlama verib.

Publkika.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

“Biz qonşu ölkələrimizlə qardaşıq, amma İrana qarşı hər hansı bir hücuma cavab veriləcək”, – Pezeşkian bildirib.

İran prezidenti, həmçinin deyib ki, Tehran qonşuları ilə dostluq və qardaşlıq münasibətləri qurmağa çalışır.

Bununla belə, o, ərazisinin İrana qarşı təcavüz üçün istifadəsinə icazə verən hər hansı bir ölkənin cavab tədbirləri ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

O əlavə edib ki, “İran heç vaxt zülmə boyun əyməyib və əyməyəcək də”.

İran prezidenti bir gün əvvəl xalqa müraciətində bildirib ki, müvəqqəti idarəetmə şurası qonşu ölkələrə hücumların və raket atışlarının olmayacağını elan edib, əgər bu ölkələr İrana hücum etməsələr.

Pezeşkian həmçinin qonşu ölkələrdən üzr istəyib.

“Bizim başqa ölkələrə hücum etmək niyyətimiz yoxdur”, – deyə o bildirib.

Tural

Related Articles

Bir cavab yazın

Back to top button