AZERFAX TV

Planetin ən soyuq nöqtəsi – Temperatur mənfi 50 dərəcə yaxınlaşır

Rusiyanın Krasnoyarsk vilayətinin Evenki rayonunda fəaliyyət göstərən Kerbo meteoroloji stansiyası son sutka ərzində planetin ən soyuq nöqtəsi kimi qeydə alınıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzi açıqlama yayıb.

Bildirilir ki, stansiyada havanın temperaturu rekord səviyyəyə enərək mənfi 48,5 dərəcə təşkil edib.

Gündəlik minimum temperatur göstəriciləri üzrə dünya siyahısında ikinci və üçüncü yerlər də Rusiyanın yaşayış məntəqələrinə məxsus olub.

Belə ki, Yakutiyanın Lenski rayonunda yerləşən Komaka meteoroloji stansiyasında temperatur mənfi 47,9 dərəcəyədək düşüb, Olenyok rayonunun Şelaqontsı kəndində isə mənfi 47,3 dərəcə şaxta müşahidə edilib.

Related Articles

Bir cavab yazın

Back to top button