Polisdən gizlənən kişi zibil qutusunda tapıldı

Polisdən gizlənən kişi zibil qutusunda tapılıb.
AZERFAX.AZ “Huff Post”a istinadən xəbər verir ki, hadisə fevralın 23-də ABŞ-ın Ohayo ştatında baş verib.
Onu təmizlik idarəsinin işçisi aşkarlayıb. Polis avtomobilinin videokamerasına düşən kadrlara görə, işçi zibil qutusunu boşaltmaq istəyib. O, konteyneri zibil maşınına tərəf apararkən içəridə bir kişinin olduğunu görüb. O, əl-qol işarələri ilə ətrafdakı hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini cəlb etməyi bacarıb.
Daha sonra qara gödəkçəli bir kişi zibil qutusundan çıxaraq qaçmağa başlayıb. Polis tərəfindən təqib edilən qaçaq ayaqqabılarını itirib. Onun patrul maşını tərəfindən saxlanılan avtomobilin sürücüsü olduğu müəyyən edilib.
Qaçağı tutmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıb. Həmin şəxs tutulduqdan sonra polislər zibil yığan şəxsə sayıqlığına görə təşəkkür ediblər.
Ləman



