Dünya

Putin Rusiyanın ilk sürücüsüz metro qatarının sınaqlarını izlədi

Rusiya Prezidenti Vladimir Putin və Moskva meri Sergey Sobyanin ölkənin ilk sürücüsüz metro qatarı olan “Moskva-2024″ün sınaqlarını başladıblar.

AZERFAX.AZ Rusiya KİV-nı istinadən xəbər verir ki, birinci mərhələ sərnişinsiz, sürücüsüz və cədvəldən kənar baş tutub.

“Növbəti iki il ərzində daha üç mərhələni tamamlayacağıq və 2027-ci ildə qatar tamamilə sürücüsüz, sərnişinlərlə və cədvəl üzrə hərəkət edəcək. 2030-cu ilə qədər bütün metro xəttimiz sürücüsüz olacaq”, – deyə Moskva meri bildirib.

Sınaq üçün qatar Aminyevskoye deposundan yola salınıb. Putin də Aminyevskoye deposuna gəlib. Dövlət başçısı nəqliyyat, kənd təsərrüfatı, sənaye və ticarət sahələrində istifadə üçün pilotsuz nəqliyyat vasitələrinin nümayiş olunduğu sərgiyə baş çəkib. Sərgidə 71-911EM Lvenok tramvayı və müxtəlif sahələr üçün nəzərdə tutulan robotlar da nümayiş etdirilib.

Xatırladaq ki, dekabr ayında Rusiya lideri Silahlı Qüvvələrdə robot texnikasının sürətləndirilmiş tətbiqini əmr edib.

Related Articles

Bir cavab yazın

Back to top button