AZERFAX TV
Qəddafinin oğlu da öldürüldü

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin silahlı toqquşmalar zamanı öldüyü ehtimal olunur.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Abaad News” məlumat yayıb.
Toqquşmaların Tripolinin cənubunda baş verdiyi bildirilir .
Liviya xəbər agentliyinin məlumatına görə, Qəddafinin oğlunun müşaviri ölüm faktını təsdiqləyib.
Noyabr ayında Livan hakimiyyətinin keçmiş Liviya lideri Müəmmər Qəddafinin oğlu Hannibalın girovsuz azadlığa buraxılması qərarı verdiyi açıqlanıb. O , 2015-ci ildə Livan hüquq-mühafizə orqanları tərəfindən Livan imamı Musa əs-Sədrin 1978-ci ildə yoxa çıxması ilə əlaqədar saxlanılıb.
Hüseyn İbadlı



