AZERFAX TV

Qəza keçirən əfsanə əməliyyat olundu

Bu həftə xizək sürərkən qəza keçirən Almaniya millisinin əfsanəvi futbolçusu Lotar Matteusun durumu yaxşılaşmaq üzrədir.

AZERFAX.AZ xəbər verir ki, 1990-cı il dünya çempionu cümə axşamı əməliyyat olunub. Onun açıqlamasına görə, prosedur problemsiz və ağırlaşma olmadan keçib.

“Ümumilikdə hər şey qaydasındadır. Əməliyyat uğurla başa çatdı, özümü yaxşı hiss edirəm”, – deyə Matteus paylaşımında bildirib.

Hazırda idman kanalın ekespert kimi çalışan Matteusun bərpa prosesi yaxşı gedir və o, tezliklə işə qayıtmağı planlaşdırır.

Heybət

Related Articles

Bir cavab yazın

Back to top button