AZERFAX TV

Qayınanasını qətlə yetirən qadına hökm oxundu

Qayınanasını qətlə yetirməkdə təqsirləndirilən Rufanə İmanovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AZERFAX.AZ APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Rufanə İmanova 10 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən il iyul ayında Astara rayonunda baş verib. Təqsirləndirilən Rufanə İmanova ailə münaqişəsi zəminində kəsici alətlə qayınanası Xalidə Manafovanı qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button