AZERFAX TV
Qvardiola tarixdə ilk məşqçidir ki…


Antuan Semenonun “Bornmut”dan “Mançester Siti”yə 72 milyon avroya transferindən sonra ” Siti”nin baş məşqçisi Pep Qvardiola tarixdə transferlərə 2 milyard avrodan çox xərcləyən (2,58 milyard avro) ilk məşqçi olub.
Publika.az xəbər verir ki, bu barədə “Transfermarkt” onlayn portalı məlumat yayıb.
54 yaşlı mütəxəssis karyerası ərzində “Barselona”, “Bavariya” və “Mançester Siti”ni çalışdırıb.
Qvardiola 2016-cı ilin yayında “Siti”yə başçılıq etməyə başlayıb. Onun rəhbərliyi altında onlar altı dəfə İngiltərə Premyer Liqasını və həmçinin Çempionlar Liqasını qazanıblar. İspaniyalı mütəxəssisin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.



