AZERFAX TV
Ramzan Kadırov yüzlərlə məhbusu ölümə göndərdi

Beş yüzdən çox məhbus Ukrayna ilə müharibədə iştirak etmək üçün Çeçenistanı tərk edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.
Kadırovun sözlərinə görə, bu rəqəmləri ona regional Federal Penitensiar Xidmətin rəisi Əhməd Adayev bildirib.
Çeçenistan liderinin sözlərinə görə, ümumilikdə 571 nəfər həbsxana koloniyalarından müharibəyə göndərilib.
Kadırov öz bloqunda bildirib: “Vətənlərini müdafiə etmək üçün silah götürmək istəyənlər Rusiya Müdafiə Nazirliyinə tamamilə könüllü şəkildə qoşulurlar. Bu il onlara da bu fürsət verilir. Respublikamız bu baxımdan ön sıralardadır”.
Tural



