AZERFAX TV

Rihannanın malikanəsi atəşə tutuldu

Amerikalı müğənni Rihannanın Los-Ancelesdəki malikanəsi bir qadın tərəfindən atəşə tutulub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “NBC News” telekanalı yerli polis departamentinə istinadla məlumat yayıb.

Məlumata görə, avtomobildə əyləşən qadın “AR-15” tipli tüfəngdən ifaçının evinə tərəf atəş açıb və mərmilər binanın divarına dəyib. Hadisə baş verən an sənətçi evdə olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumta görə, insident nəticəsində xəsarət alan olmayıb. Atəş açmaqda şübhəli bilinən qadın artıq saxlanılıb, lakin onun motivləri barədə məlumat verilmir.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button