AZERFAX TV
Rubio İrana qarşı hərbi əməliyyat ehtimalından danışdı

ABŞ İrana qarşı hərbi əməliyyatı istisna etmir.
AZERFAX.AZ xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
O, bunun baş verməyəcəyinə ümid etdiyini də söyləyib.
Rubio əlavə edib ki, ABŞ İrana diqqət yetirərək Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmağa davam etmək niyyətindədir.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı Venesuela ssenarisini tətbiq edə biləcəyini bildirib. Belə ki, artıq Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin bir qrup gəmisinin İrana qarşı əməliyyat keçirməyə hazır olduğu qeyd edilib.
Ləman



