AZERFAX TV

Rusiya bankları çökür: Böhranın başladığı elan edildi

Rəsmi meyarlara görə, Rusiyada bank böhranı başlayıb.

AZERFAX.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin (CMASF) yanvar ayı üçün hazırladığı hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, aparıcı indikatorlar son beş ay ərzində yaxınlaşan bank böhranının siqnallarını göstərir. Hazırda eyni zamanda bank sektorunda vəziyyətin daha da pisləşməsinə səbəb ola biləcək “əmanətçilərin qaçışı” riskləri artmaqda davam edir.

Yenilənmiş erkən xəbərdarlıq sisteminin göstəricilərinə görə, 2026-cı ilin dekabr ayından əvvəl sistemli bank böhranının orta ehtimalı mövcuddur və eyni dövrdə iqtisadiyyatın tənəzzülə uğrama riski yüksək qiymətləndirilir.

Analitiklər sistemli likvidlik risklərinin 2026-cı ilin mart ayına qədər reallaşma ehtimalını yüksək, sistemli kredit və valyuta risklərinin isə ilin sonuna qədər aşağı qiymətləndirirlər.

Bank böhranının gizli forması intensiv restrukturizasiya yolu ilə problemli aktivlərin maskalanması və dövlətə məxsus bankların dominantlığı ilə izah olunur ki, bu da inzibati vasitələrlə panikanın qarşısını almağa imkan verir.

Hesabatda qeyd olunur ki, ötən ilin sonunda Mərkəzi Bank müvəqqəti çətinliklərlə üzləşən korporativ borcalanlar və fərdi sahibkarlara kreditlərin restrukturizasiyası ilə bağlı banklara verdiyi tövsiyələri altı ay müddətinə uzadıb.

Adəm

Related Articles

Bir cavab yazın

Back to top button