AZERFAX TV

Rusiya Paşinyanın yerinə onu gətirir: Namizədliyi irəli sürüldü

Rusiya vətəndaşı Samvel Karapetyan “Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi kimi irəli sürülüb.

AZERFAX.AZ xəbər verir ki, dünən, fevralın 11-də Samvel Karapetyan yekdilliklə “Güclü Ermənistan” partiyasının lideri seçilib.

Samvel Karapetyanın ikili vətəndaşlığı olduğuna görə (qanun bunu məhdudlaşdırır) baş nazirliyə namizəd ola bilməyəcəyi barədə hökumət rəsmilərinin iddialarına cavab olaraq, qardaşı oğlu Narek Karapetyan Ermənistan Konstitusiyasının kimin baş nazir seçilə biləcəyini nəzərdə tutan 148-ci maddəsinə diqqət çəkib.

Narek Karapetyan aydınlıq gətirib ki, bu maddə Ermənistan Milli Məclisində səsvermə yolu ilə dəyişdirilə bilər. Bu proses Konstitusiyaya və qanuna uyğundur. O, sübut olaraq vəkillərin bu məsələ ilə bağlı video açıqlamasını dinləməyi təklif edib.

Bundan əlavə, hüquqşünas və beynəlxalq hüquq üzrə ekspert Siranuş Sahakyan izah edib ki, Konstitusiyada ya referendum, ya da parlament tərəfindən dəyişdirilə bilən müddəalar var.

Sahakyan bildirib ki, “148-ci maddə hökumət üzvlüyü üçün tələbləri tənzimləyir. Bu maddə referendumda dəyişiklik edilməsini tələb etmir; düzəlişlərin mətni parlament tərəfindən (üçdə iki səs çoxluğu ilə) təsdiqlənə bilər”.

Tural

Related Articles

Bir cavab yazın

Back to top button