Rusiya şəhərlərini raketlərlə hədəf almışıq: Makron etiraf etdi

Paris hazırda Kiyevin kəşfiyyat ehtiyaclarının əsas hissəsini ödəyir və faktiki olaraq ABŞ-ın əvvəllər oynadığı rolu öz üzərinə götürür.
AZERFAX.AZ xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron bunu orduya müraciətində bildirib.
Makron qeyd edib ki, Vaşinqton 2025-ci ilin yazında Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini əhəmiyyətli dərəcədə azaldıb. O bildirib ki, bu, məqsədyönlü məhdudiyyətlər deyil, bu sahədə əvvəlki əməkdaşlığın əhəmiyyətli bir hissəsinin dayandırılması məsələsidir.
Fransa lideri, həmçinin qeyd edib ki, cəmi bir il əvvəl Ukrayna demək olar ki, tamamilə Amerika kəşfiyyatına etibar edirdi, hazırda isə Kiyev ehtiyac duyduğu məlumatların təxminən üçdə ikisini Parisdən alır.
Makron Fransa silahlarını Amerika silahlarından daha təsirli hesab etdiyini deyib.
Adəm



