AZERFAX TV
Rusiya təyyarəsi qəza siqnalı göndərdi

“Rossiya” aviaşirkətinə məxsus təyyarə Leninqrad vilayəti üzərində qəza siqnalı verib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Shot” “Telegram” kanalı yazır.
Hazırda təyyarə Vsevolojsk rayonu üzərində dövrə vurur. Səmada dəqiq nə baş verdiyi məlum deyil.
Kanalın məlumatına görə, “Airbus A320-214” tipli təyyarə Mineralnıye Vodı – Sankt-Peterburq marşrutu üzrə reys yerinə yetirirdi. Onlayn təyyarə izləmə xidmətində on mindən çox istifadəçi artıq bu bortu izləyir.
Bundan əvvəl hava hücumundan müdafiə qüvvələrinin Leninqrad vilayəti səmasında Ukraynaya məxsus iki pilotsuz uçuş aparatını vurduğu bildirilmişdi. İlkin məlumatlara görə, xəsarət alan və dağıntı yoxdur.
Hüseyn İbadlı



