Rusiyada helikopter yoxa çıxdı – 4 nəfər…

Amur vilayətində əlaqə kəsilmiş helikopterin axtarışları aparılır.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional idarəsi məlumat yayıb.
Bildirilib ki, helikopterin göyərtəsində dörd nəfər olub.
FHN-in məlumatına əsasən, helikopter Romnı bələdiyyə dairəsində yerləşən Amaranka yaşayış məntəqəsi yaxınlığındakı meşə tədarükü sahəsindən havaya qalxıb və uçuş zamanı rabitə kəsilib. Hazırkı vaxta qədər onun yeri məlum deyil.
Blaqoveşşenskdən ehtimal olunan hadisə yerinə axtarış tədbirləri həyata keçirmək üçün operativ xilasetmə qrupu göndərilib. Axtarış-xilasetmə dəstəsinin tərkibinə 36 mütəxəssis və 12 ədəd texnika, o cümədən üç qar arabası və bir pilotsuz uçuş aparatı daxildir. Qurumdan qeyd ediblər ki, bu, axtarış zonasını genişləndirməyə və itmiş helikopterin tapılma şansını artırmağa imkan verəcək.
Hüseyn İbadlı



