Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Rusiyanın Müdafiə Nazirliyi ötən gecə Ukraynaya məxsus 231 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib.
AZERFAX.AZ xəbər verir ki, məlumatda dronların Həştərxan, Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Lipetsk, Rostov, Samara, Saratov, Smolensk, Tula və Ulyanovsk vilayətləri, həmçinin Moskva vilayəti və Tatarıstan üzərində vurulduğu qeyd olunub. Bundan başqa, Azov dənizi akvatoriyası üzərində də pilotsuz aparatların zərərsizləşdirildiyi bildirilib.
Kütləvi hücum fonunda Rusiyanın bir sıra hava limanlarında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib. Daha sonra isə bu məhdudiyyətlər aradan qaldırılıb.
Məlumatda Volqoqrad, Penza və Saratov hava limanlarında təyyarələrin qəbulu və yola salınması ilə bağlı məhdudiyyətlərin ləğv edildiyi bildirilirb
Qeyd edək ki, bundan əvvəl Rusiyanın bəzi bölgələrində gecə saatlarında həyata keçirilən PUA hücumlarından sonra fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu barədə məlumat yayılmışdı.



