AZERFAX TV

Rusiyaya ən pis siqnal – Qonşu ölkə “taleyüklü səhvə” yol verə bilər

“Nüvə silahının Finlandiyada yerləşdirilməsi ehtimalı Rusiya tərəfindən diqqətdən kənarda qalmayacaq”.

AZERFAX.AZ xəbər verir ki, bu barədə bu ölkənin “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema “X” sosial şəbəkəsində bildirib.

Mema öz paylaşımında Finlandiya hökumətini “taleyüklü səhvə” yol verməməyə çağırıb.

Siyasətçi “Bu, Rusiyaya ən pis siqnalı göndərir və Baltikyanı ölkələrdə gərginliyi kəskin şəkildə artırır” deyə yazıb. Onun fikrincə, nüvə silahı Finlandiyanı “nə indi, nə sabah, nə də gələcəkdə” daha təhlükəsiz etməyəcək.

Martın 5-də Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen bəyan edib ki, ölkə hökuməti “müdafiə ilə bağlı” vəziyyətlərdə nüvə silahının gətirilməsinə, daşınmasına, çatdırılmasına və saxlanılmasına icazə verilməsini təklif edir.

Daha sonra Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, ölkənin dinc dövrdə nüvə silahına ehtiyacı yoxdur. Siyasətçi vurğulayıb ki, Helsinki əvvəlki tək nüvə tərksilahına sadiqdir, lakin eyni zamanda nüvə silahı ilə bağlı qərar qəbul etmək suveren hüququnu özündə saxlayır. Stubb dəqiqləşdirib ki, Finlandiyanın bir NATO üzvü kimi bu məsələdə hər hansı məhdudiyyəti yoxdur.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button