AZERFAX TV

Səmada bir-birinə dolanan sirli işıqlar

Cənubi Avstraliya səmasında sirli parlayan obyekt görünüb. Bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə və UNO (Uçan Naməlum Obyekt) fəaliyyəti ilə bağlı fərziyyələrə səbəb olub .

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Seven News” məlumat yayıb.

Şahidlərin bildirdiyinə görə, səhər tezdən göy üzündə sanki bir-birinə dolanaraq hərəkət edən iki işıq şüası müşahidə olunub. Qeyri-adi hadisə ştatın müxtəlif bölgələrindən görünüb ki, bu da marağı artıraraq baş verənlərlə bağlı çoxsaylı versiyaların yaranmasına yol açıb.

İnternetdə kənar sivilizasiyaların gəlişindən və məxfi kəşfiyyat təyyarələrindən tutmuş, “parlayan jilet geyinmiş göyərçin” kimi zarafat yanaşmalarına qədər ən müxtəlif fərziyyələr irəli sürülüb.

Lakin şahidlərin foto və video yazılarını araşdıran mütəxəssislər bildiriblər ki, ən ağlabatan izah kosmik buraxılışla bağlıdır. Onların məlumatına görə, həmin işıq Fransız Qvianasındakı Avropa kosmodromundan start götürən “Ariane 6” raketinin izi ola bilər.

Raketin buraxılışı Cənubi Avstraliya üzərində işıq hadisəsinin görünməsindən təxminən üç saat əvvəl baş tutub. Raket “Amazon” şirkətinə məxsus 32 peyki orbitə çıxarılıb.

Ekspertlərin sözlərinə görə, müəyyən atmosfer şəraitində start yerindən çox böyük məsafələrdə belə optik effektlər müşahidə oluna bilər.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button